• $
  • £

Rusiya Ukraynanın şərqini və cənubunu atəşə tutub

Rusiya Ukraynanın şərqini və cənubunu atəşə tutub
15.08.2022 17:09
Ukrayna Rusiya qüvvələrinin Donbasın şərqində, eləcə də Xerson və Nikolayev ətrafındakı şəhərlər olmaqla, Ukraynanın cənubundakı əraziləri intensiv atəşə tutduğunu bildirib. Bu barədə UNİAN xəbər agentliyində məlumat yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında həmçinin bildirilir ki, Zaporojyenin şərqində və cənubunda yerləşən şəhərləri də tanklardan atəşə və hava hücumlarına məruz qalıb.

Zaporojye Atom Elektrik Stansiyasının ətrafında gərginlik artıb. Tərəflər bir-birini stansiyanın ətrafını atəşinə tutmaqda ittiham etməyə davam edir. Rusiya bu obyekti mart ayında, Ukraynanı işğal etdikdən az sonra ələ keçirib.

Zavodun operatoru bildirdi ki, son bir həftədə raket zərbələrinin artması səbəbindən stansiya radiasiya və yanğın standartlarının pozulma riski altındadır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri döyüşlər dayandırılmadığı və müfəttişlərin obyektin içərisinə buraxılmadığı təqdirdə "nüvə fəlakətinin real riskinin” olduğunu deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi video müraciəti zamanı rusları Prezidenti Vladimir Putinin fevralın sonunda başladığı müharibəyə qarşı çıxmağa çağırıb. Zelenski deyib ki, müharibəyə biganə qalan Rusiya vətəndaşları onu dəstəkləyir.

"Harada olmağınızdan asılı olmayaraq - Rusiya ərazisində və ya xaricdə, Ukraynaya dəstək verməlisiniz ki, bu da müharibəyə qarşı çıxmaq deməkdir,” Zelenski bildirib.

O, həmçinin Avropa İttifaqının Rusiyadan olan səyahətçilər üçün potensial viza qadağasını dəstəklədiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının icarəyə götürdüyü 23 min metrik ton Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi aclıqla üzləşən bir xalqa yardım məqsədi ilə bazar günü müharibədən zərər çəkmiş Ukraynadan Efiopiyaya yola düşüb.

Liberiya bayrağı altındakı "Brave Commander” gəmisi Ukraynanın Odessa şəhərinin şərqindəki Yujnı limanından yola düşüb. Taxılın BMT-nin Ümumdünya Ərzaq Proqramı təşəbbüsü çərçivəsində Efiopiyanın Çibutiyə limanında boşaldılması və təhvil verilməsi planlaşdırılır.

Ukrayna və Rusiya fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən böyük ixrac fasilələrinə son qoymaq üçün Qara Dənizdə taxıl təchizatını bərpa etmək üçün Türkiyə və BMT ilə üç həftə əvvəl razılıq əldə edib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol