• $
  • £

Londondakı səfirliyə qarşı təxribat ətraflı şəkildə araşdırılacaq - XİN

Londondakı səfirliyə qarşı təxribat ətraflı şəkildə araşdırılacaq - XİN
16.08.2022 09:53
2022-ci ilin avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı deyib.
 
"Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini priorotet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir. O ki, qaldı "fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına/qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın "azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər. Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”, - o deyib.
 
Cari il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub.  Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. Səbəb kimi isə Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı  hadisədən bir gün sonra ilkin məlumatı yayıb. Məlumata görə, Azərbaycan XİN-in Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığı  diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Eyni qaydada Böyük Britaniyanın Bakıdakı səfirliyi də  Londonda Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yayıb. Qurum bildirib ki, Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır.
 
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücumu pisləyib.

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", - təşkilat vurğulayıb.
 
Türkiyə Prezidenti Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbuledilməz hesab etdiyini vurğulayıb.

"Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, - o deyib.
 
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov hadisə barədə APA-ya müsahibə verib. 

"Səfirliyin əməkdaşlarının əksəriyyəti də həmin zaman məzuniyyətdə idilər. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs işləyirdi, hücumlar olan zaman isə 3 nəfər səfirlik binası daxilində idi, bunlardan biri də xanım əməkdaşımız olub. Mən də Bakıda idim. Bu hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi dərhal Londona qayıtmışam”, - o deyib.

Səfir açıq şəkildə bildirib ki, Britaniya polisindən narazıdırlar və diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var.

 "Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik. Azərbaycan tərəfi də, bildiyiniz kimi, Bakıda Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və bu hücumla bağlı iradlar bildirib”, - o söyləyib.

İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Artıq əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir. 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar. Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.
 
Ləman Qasımova
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol