Krımda silsilə partlayışlar olub
Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar olub. Bu barədə TASS məlumat yayıb.
Krımın Canköy rayonunda ikinci partlayış baş verib. Ərazidəki transformator yarımstansiyasında da partlayış olub.
Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib. Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
"Hadisənin səbəbləri araşdırılır”, - Nazirlikdən bildirilib.
Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib ki, Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.
Məlumata görə, onlar öz maşınları və ya qonşuları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.
Daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox