• $
  • £

Azərbaycanda kredit şirkətindən müştərisinə qarşı kobudluq - SƏS YAZISI

Azərbaycanda kredit şirkətindən müştərisinə qarşı kobudluq - SƏS YAZISI
16.08.2022 16:42
Vətəndaş Zaur Rövşənli "Sezam" mağazalar şəbəkəsindən şikayətçidir, bu barədə o anews.az-a müraciət edərək bildirib.
 
"Yaxın bir qohum mənim adıma "Sezam"  mağazasından kreditlə komputer alıb. Ödəmələri gecikdirdiyi üçün mağaza tərəfindən zənglər mənə daxil olur. Gecikmə olanda həmin şirkətdən operator xanım zəng edir çox tərbiyəsiz şəkildə qışqırır,  müqaviləyə aidiyyatı olmayan qohumlara zəng edir. Qanunsuz  şəxsi məlumatlarımızı əldə edir. Hətta rəhmətlik əmimin ailəsinə zəng vuraraq qışqıraraq rəhmətə gedən əmimin gəlməsini tələb edib. Özünü hüquqşünas kimi təqdim edən şəxs bildirdi ki, borcu ödəməsiniz sizin, dayınızın, qonşunuzun internetini və ev telefonunu kəsdirəcəm", - Zaur Rüstəmli deyib.
 
Şikayətçinin göndərdiyi səs yazısında "Sezam" adlı şirkətin Gülbadam Məmmədova adlı əməkdaşının vətəndaşla yüksək tonla danışdığı aydın bilinir. Məmmədova şikayətçiyə bildirir ki, bütün işlərini atıb şəxsən onun işi ilə məşğul olacaq.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə belə olan halda vətəndaş İqtisadiyyat Nazirliyinin 012-599-76-00 qaynar xəttinə məlumat verməli və məsələni araşdırmalarını istəməlidir.
 
"Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda çox boşluqlar var və buna görə belə hallar baş verir. Xüsusilə kredit şöbələri vətəndaşlarla qeyri adekvat danışır. İstehlakçıların hüquqlarını qoruyan dövlət orqanı isə susur. Əslində "İcra hakimiyyətləri haqqında əsasnamə"nin 405-ci bəndində birbaşa ərazi üzrə icra hakimiyyətinin bu cür məsələləri həll etməsi üçün öhdəliyi var. Nədənsə illərdir həmin orqan bu öhdəliyi yerinə yetirməkdən yayınır", -  Hüseynov bildirib.  
 
"Sezam" şirkətinin hüquqşünası Mədinə Leqayeva isə sorğumuza cavab olaraq bildirdi ki, "vətəndaşın şikayəti ilə bağlı məsələ araşdırılacaq".



Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol