• $
  • £

"Tik-tok" Azərbaycanla bağlı hesabat verməli, vergi ödəməlidirmi?

17.08.2022 15:58
Azərbaycan istifadəçiləri TikTok-a minlərlə dollar ödəniş edir. TikTok Azərbaycan istifadəçilərindən nə qədər gəlir əldə etdiyini  açıqlamır və ölkəyə vergi ödəmir. Azərbaycan 10 milyonluq kiçik bazar olsa da "TikTok",  "Facebook" və "Google" Azərbaycanda ofis açmalı və dövlətə vergi ödəmlidir.  Bunu texno-blogger, informasiya texnologiyaları üzrə  mütəxəssis Fərid Pərdəşünas bildirib.
 
"TikTok-da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloqer yaxud rəqəmsal pul yığana 20 dollar göndərirsinizsə, 10 dolları gedir Çinə. Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur. Təəssüf ki, "TikTok" Azərbaycandan nə qədər qazandığını açıqlamır. İşin maraqlı tərəfi odur ki, TikTok Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni TikTok-da bir adama jeton göndərən istifadəçi həm 50% TikTok-a komissiya həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir”, - o bildirib. 

Fərid Pərdəşünas böyük bazarı olan ölkələrdə bunun tənzimləndiyi qeyd edib. 

"Bizdən fərqli olaraq Türkiyə "TikTok"u vergi verməyə məcbur edib. "TikTok" Türkiyə ofisi Türkiyə hökümətinə 2021-ci ildə qazandığı 1.2 milyard TL-yə görə 92.9 milyon TL rəqəmsal xidmət vergisi verib”, - o deyib.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycana bu platformaların yalnız fayda verə biləcəyini söyləyib.

"Böyük ölkələrdə bu problemi həll etmək asandır. Sosial media istifadəçiləri hansı ölkələrdə çoxdursa, o bazar maraqları olur. Hansı ölkələrdə ki, az sosial media istifdəçiləri, kiçik biznes bazarı varsa, orada problem yaranır. Feysbuk, Tvitter, TikTok və digər qlobal sosial media resursları üçün bizim bazar yetərincə kiçikdir. Azərbaycan yetərincə pul xərcləyir, amma bundan bəhrələnə bilmir ”. 

Osman Gündüz hökumətin müvafiq qurumlarını bu cür platformalar ilə əməkdaşlığa çağırıb. 

"TikTokda yetərincə uşaq və yeniyetmələr üçün bizim qanunvericilikdə yasaqlanan kontentlər var. Reallıq budur ki, bizim məktəblilərin əksəriyyəti də buradadır. Bunun üçün də Təhsil Nazirliyi TikTok ilə əməkdaşlıq edə bilər və onlar üçün faydalı kontent yarada bilər. Kontent pisdir deyə ondan qaçmaqdansa, daha yaxşısını yaratmaq doğru olar. Bu qurumları inandırmaq olar ki, yaxın zamanlarda Azərbaycan rəqəmsal mərkəzə çevriləcək. Bizim "Rəqəmsal İpək Yolu” layihəmizdə AzTelekom şirkəti Qazaxıstan və Türkmənistan ilə müqavilə bağlayıb. TikTok, Tvitter, Feysbuk və digərləri hətta gələcəkdə öz data bazalarını Azərbaycanda yerləşdirə də bilərlər. Bu cür qurumların Azərbaycana gəlməsi təkcə fiziki vaxımdan əhəmiyyətli deyil, onlar özləri ilə ölkəyə innovasiya gətirirlər. Onların Azərbaycanda olması yalnız fayda gətirə bilər. Azərbaycandan mütəxəssislər onlarla çalışa bilər. Microsoft, Lenovo kimi qlobal şirkətlərin Azərbaycanda ofisləri var. Onlar burada vergi ödəyirlər, hökumətlə layihələr həyata keçirirlər”, - o deyib. 

İnformasiya Texnologiyaları üzrə Mütəxəssis Fərid Kazımov bunu kiçik ölkələrin böyük problemi adlandırıb. 

"Google, Feysbuk, İnstaqram və digərləri reklamlardan 28% vergi əldə edir. Burada 18% ƏDV, 10%  isə xarici mənbədən tutulan vergidir. Onların yerinə Azərbaycan şirkətinin vergi ödəməsi ədalətsizlikdir. İndi Azərbaycanın öz resurslarını inkişaf etdirməsi bahalı və çətindir. Bu baxımdan onlar Azərbaycanda nümayəndəlik açmalıdırlar.  Rusiya bazarı böyük olduğundan onlar itirməkdən qorxmayıb nümayəndəlik açaraq vergi ödəyirlər. Qardaş ölkə Türkiyədə belə bir təcrübə var. Normalda necədir? Azərbaycana məhsul gəlir və bunun vergisi ödənməlidir. Artıq dünyada virtuallaşma gedir və Azərbaycan da virtual məkana çevrilməlidir. Bu məsələ dövlət qurumları tərəfindən mütləq qaldırılmalıdır ”, - o söyləyib. 

Bu məsələ Milli Məclisdə qaldırılıb ?

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyevin sözlərinə görə,  bu məsələnin həlli  Milli Məclisin səlahiyyətində olmadığını bildirib. 

"Azərbaycanda kifayət qədər qurumlar var və onlar bu məsələ ilə məşğul olmalıdır. Hər məsələni Milli Məclisdən gözləmək doğru deyil.  Onda biz 24 saat da işləsək çatdıra bilmərik. Bu dövlət maraqlarıdır və istənilən dövlət qurumu, nazirlik bunu qaldıra bilər. Milli Məclis təkliflərə açıqdır”, - millət vəkili bildirib.

GlobalStats regionlar üzrə 2022-ci il iyulun 1-ə  sosial media istifadəçilərinin sayını açıqlayıb. Azərbaycanda istifadəçilərin 26,89%-i Feysbuk, 25,32%-i - Youtube, 20,58%-i - İnstaqram, 13,86%-i - Pinterest, 8,57%-i - Tvitter, 8,46%-i isə - TikTok istifadəçiləridir. Bir çox şirkətlər də "Tik-tok"-da hesablar açıb.

Həmin platformaların Azərbaycana vergi ödəməsi üçün onlar burada nümayəndəlik açmalı, hüquqi şəxs kimi qeydiyyata alınmalıdırlar. Niyə qeydiyyata alınmır, bununla bağlı əməkdaşlıq perspektivdə varmı, həmin şirkətlərdən hesabat tələb edilirmi - suallarına Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mövqe almaq istəsək də, əlaqə yarada bilmədik. 
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, bu məsələ ilə Dövlət Vergi Xidməti maraqlanmalıdır.
 
Məhluqə Tağıyeva
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol