• $
  • £

Hakimiyyətinin birinci ildönümündə Taliban ciddi sınaqlarla üzləşir

Hakimiyyətinin birinci ildönümündə Taliban ciddi sınaqlarla üzləşir
16.08.2022 15:57
Talibanın Əfqanıstanda hakimiyyətə qayıtmasından bir il sonra İslamçı qrupun onsuz da quraqlıq, COVID-19 pandemiyası və devirdiyi hökumətə inamın azalması ilə üzləşmiş iqtisadiyyatını idarə etmək səyləri böyük ölçüdə nəticəsiz qalıb.

Qərbin dəstəklədiyi Əşrəf Qaninin koalisiya hökumətinin dağılmasından əvvəl son maliyyə illəri - 2020-21-ci illərdə ölkənin $5,5 milyard dollarlıq illik büdcəsində dövlət xərclərinin 75%-i xarici yardımdan qaynaqlanırdı. Lakin Birləşmiş Ştatlar ölkədən çıxdıqdan sonra beynəlxalq mülki və təhlükəsizlik yardımı qəflətən kəsilib və yeni hökmətə sanksiyalar tətbiq edilib.

Əfqanıstanın xarici valyuta ehtiyatlarının əksəriyyətini idarə edən ABŞ Kabilin Birləşmiş Ştatlardakı Mərkəzi Bankında saxladığı təxminən $7 milyard dolları donduraraq, onun sərbəst buraxılmasını qadınların hüquqlarının yaxşılaşdırılması və inklüziv hökumətin formalaşdırılması ilə əlaqələndirir.

Taliban və bir çox digər ölkələr əfqanlara məxsus ehtiyatların azad edilməsini tələb etsələr də, xüsusən də ərzaq təhlükəsizliyi və təbii fəlakətlərin səbəb olduğu əzabları azaltmaq üçün Əfqanıstan xalqına birbaşa yardım təşəbbüsləri dayanmadan davam edir. Məsələn, 2020-ci ilin aprelindən bəri kəskin ərzaq çatışmazlığı ilə üzləşən əfqanların sayı təxminən iki dəfə artaraq, 20 milyona çatıb. Bu, ölkənin 38,9 milyon əhalisinin yarısından çoxunu təşkil edir.
USAID və digər beynəlxalq donorlar Əfqanıstanın ictimai səhiyyə sisteminin tamamilə dağılmasının qarşısını almaq üçün qısa müddətdə körpü maliyyəsini təmin edib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi 2021-ci ildə donorların Əfqanıstana humanitar yardım proqramlarına $1,67 milyard dollar töhfə verdiyini, bunun da ən böyük məbləğini - $425 milyon dollardan çoxunu ABŞ-ın verdiyini bildirib. 2022-ci ilin yanvarında Ağ Ev əlavə $308 milyon dollarlıq humanitar yardım elan edib.

Bununla belə, Taliban gəlir toplamaqda təəccüblü dərəcədə bacarıqlı olduğunu sübut edib və 2021-ci ilin dekabrından 2022-ci ilin iyununa qədər $840 milyon dollar toplayıb ki, bunun da böyük hissəsi (56%) Pakistana kömür və meyvə ixracı hesabına olmaqla gömrük gəlirlərindən qaynaqlanır.

ABŞ və Taliban rəsmiləri xaricdə dondurulmuş milyardlarla dolların etimad fonduna buraxılması ilə bağlı təkliflər mübadiləsi aparsalar da, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Əsas məqamlardan biri Talibanın əfqanların təhsil və söz azadlığı hüquqlarını İslam qanunları çərçivəsində təmin etmək öhdəliyidir.
Taliban hakimiyyəti ələ keçirdikdən dərhal sonra İslam Əmirliyinin şəriət qanunları çərçivəsində qadınların hüquqlarına sadiq qaldığını bildirərək, əfqan qadınlarının hüquqları ilə bağlı beynəlxalq narahatlıqları aradan qaldırmağa çalışdı.

Bəzi ailələr qızlarını məktəbə göndərməyə nail oldu. Kabildəki qız liseyləri tələbələri qəbul etməsələr də, şimaldakı Kunduz və Məzari-Şərif şəhərlərində qızlar dərslərə qayıda bildi.

Taliban sonuncu dəfə hakimiyyətdə olanda məktəbə 5000-ə yaxın əfqan qız gedirdi. 2018-ci ilə qədər bu rəqəm 3,8 milyona yüksəlmişdi.

2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk mətbuat konfransında Taliban "azad və müstəqil mətbuatı” dəstəkləyəcəyini bildirdi.

Lakin növbəti ay ərzində o, bir sıra media direktivləri yayımladı ki, tənqidçilər bunun bəzi hallarda əvvəlki senzuraya bərabər olduğunu dedi.

Qərb hökumətləri Talibanı rəsmi şəkildə tanımadan əvvəl onun qadın və insan haqları, eləcə də inklüzivlik hökumət qurmaq kimi göstəricilərini yaxşılaşdırdığını görməkdə israrlıdır.(amerikanın səsi)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol