• $
  • £

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA
16.08.2022 23:00
Qarabağ Azadlıq Təşkilatı (QAT) siyasi partiyaya çevriləcək. Təşkilatın İdarə Heyətinin qərarına uyğun olaraq, QAT-ın partiyaya çevrilməsi üçün qurultay çağırılıb. 
 
Maraqlıdır, QAT-ın partiyaya çevrilməsi zərurəti nədən yaranıb? Yeni partiyanın adı nə olacaq?
 
Bu barədə Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra cəmiyyətdə müəyyən suallar yaranmışdı. Hətta təklif olunurdu ki, QAT-ın adı dəyişdirilsin və ya ləğv olunsun:
 
"Özümüz də hiss edirdik ki, Qarabağ Azadlıq Təşkilatının ictimai xətlə qarşıya qoyduğu vəzifələrin böyük bir hissəsini dövlət, ordu, xalq həyata keçirib. Nəticədə, torpaqlarımız azad edilib. Digər ərazilərin də təmizlənməsi üçün proseslər gedir. Təklif edilirdi ki, QAT-ın ya adı dəyişdirilsin, ya da ləğv olunsun. Son beş-altı ayda biz bu məsələ barədə düşündük. Təşkilatın içində narazı olanlar da var idi. Bu gün də narazılara rast gəlmək olar. Bəziləri hesab edir ki, təşkilat fəaliyyətinə davam etməlidir. QAT ancaq yeni şəraitdə işini davam etdirə bilər. Bu mənada deyə bilərəm ki, yeni yaranan partiya QAT-ın varisidir. Bu gün partiyalararası dioloq və münbit şərait mövcuddur. Bu da siyasi partiyalara daha çox iş görmək üçün imkan verir".
 
Partiyanın adına gəlincə, Akif Nağı bəzi təkliflərin olduğunu söyləyib:
 
"Təşkilat komitəsi partiyanın Azad Vətən adlanmasını təklif edir. Lakin dəqiq qərar sabah qurultayımızda veriləcək”.
 
QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində keçiriləcək. Akif Nağı partiya sədrliyinə namizəd irəli sürülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol