Rəsul Quliyevdən İrəvandakı partlayışda Rusiyanın əli olduğunu iddia edir
Ermənistanda baş vermiş partlayış, Rusiyanın iştirakı və erməni revanşistlərin əli ilə edilib. Revanşistlərin məqsədi Paşinyanı aradan götürüb hakimiyyəti ələ keçirməkdi. Bunu Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev özünün feysbuk hesabında yazıb.
Quliyev düşünür ki, məlum hadisənin törədilməsində Rusiyanın məqsədi Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına imkan verməməkdir.
"Paşinyan çox təcili partlayışı təşkil edənləri ifşa etməlidir. Yoxsa xəmir çox su aparacaq”, - eks-spiker vurğulayıb.
Ermənistanın müxalifət cameəsi də məhz bu düşüncədədir. Bir çox siyasətçilər hesab edirlər ki, "Surmalu” faciəsi Rusiya tərəfindən törədilib. Rəsmi Moskva isə buna etiraz edərək, Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.
Avqustun 14-də İrəvandakı "Surmalu” ticarət mərkəzində partlayış olub. Hadisə zamanı 16 nəfər ölüb, 62 nəfər isə xəsarət alıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox