Ərdoğan Ukraynaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin avqustun 18-də Ukraynanın Lvov şəhərində görüşəcək. Bu barədə Türkiyə KİV-i yazıb.
BMT-nin baş katibi Antonio Qutuerresin Prezidentlər ilə görüşdən sonra, avqustun avqustun 20-də isə İstanbuldakı taxıl koordinasiya mərkəzinə baş çəkəcəyi bildirilir.
BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, Quterreş Zelenskinin dəvəti ilə Lvova gedəcək.
Düjarrik onu da əlavə edib ki, baş katibin avqustun 19-da Odessaya gedəcək.
www.anews.az

Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək. Səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox