Ukraynada 55 ölkənin səfirliyi fəaliyyətini yenidən başlatdı
Ukraynanın paytaxtı Kiyevdə 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.
Zelenski avqustun 17-də Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib.
Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib.
Ukraynanın dövlət başçısı əlavə edib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.
Cari ilin mayında Zelenski Ukraynada 37 səfirliyin fəaliyyətini bərpa etdiyini bildirib.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox