• $
  • £

“Mançester Yunayted” klubunun sahibi dəyişə bilər

“Mançester Yunayted” klubunun sahibi dəyişə bilər
18.08.2022 14:48
"Çelsi”(Chelsea FC) futbol klubunu almaq cəhdi uğursuz olan Cim Ratkliff "Mançester Yunayted” klubunu almaq niyyətində olduğunu deyib.  Bu barədə "The İndian Express” nəşri məlumat yayıb.

Uzun müddətdir "Mançester Yunayted” azarkeşi olan britaniyalı milyarder Cim Ratkliff klubun mülkiyytçisi olan amerikalı Qleyzer ailəsinə belə istəkdə olduğunu söyləyib.  

"Əgər klub satılarsa, Cim onun potensial alıcısıdır. Belə bir şey mümkün olsaydı, uzunmüddətli sahiblik barədə danışıqlarda maraqlıyıq",- Ratcliffin sözçüsü Times qzetinə deyib. 

 

"Mançester Yunayted” mövsümün iki oyunundan sonra Premyer Liqanın sonuncu pilləsində qərarlaşdığından  Gleyzer ailəsi təzyiq altındadır. Eyni zamanda Qleyzerlər beş il ərzində kubok qazanmayan komandaya sərmayə qoymadıqları üçün kəskin tənqid hədəfinə çevrilib. "Yunayted”in xalis borcu martın sonuna qədər 11% artaraq 496 milyon funt-sterlinqə($598 milyon) çatıb.


Ratkliff son bir neçə ayda  Premyer Liqaya daxil olan futbol klublarında birini almaqda maraqlı olduğunu iki dəfə bəyan edib. Bu yaxınlarda o  "Çelsi" klubunu almaqla bağlı Roman Abramoviçə müraciət etmişdi.  Lakin 2022-ci ilin mayında "Çelsi”(Chelsea FC) futbol klubu $3.2 milyarda Todd Boehly və Clearlake Capitalın  başçılıq etdiyi investisiya qrupuna məxsus konsorsiuma satıldı.  

Cim Ratkliff kimdir?


Ser James Arthur Ratcliff 1952-ci il oktyabrın 18 -də anadan olub. Peşəcə o, kimya mühəndisidir.  Ratcliff 1988-ci ildə təsis etdiyi "İneos" kimyəvi maddələr qrupunun sədri və baş icraçı direktoru kimi fəaliyyət göstərir. 

The Sunday Times onu qapalı adam kimi xarakterizə edir. Bloomberg Billionaires İndex məlumatına görə,  2020-ci ilin aprelinə onun xalis kapitalı  $28.2 milyard təşkil edib.  Ratcliffe kapitalın həcminə görə dünyanın 55-ci, Böyük Britaniyanın isə ikinci ən varlı adamıdır.


Sadiq Cavadov 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol