• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Apple yaxın İphone 14-ün təqdimatına hazırlaşır

Apple yaxın İphone  14-ün təqdimatına hazırlaşır
18.08.2022 14:10
"Apple Inc." şirkəti  sentyabrın 7-də yeni  "iPhone 14" və "Apple Watch" saatlarının yeni modeini ictimaiyyətə təqdim edəcək.  Bu barədə Bloomberg agentliyi məlumat yayıb. 

Şirkətin məlumatına görə,  yeni iPhone 14 və üç yeni Apple Watch saat modelindən başqa "Apple İnc" Mac və iPad-lərin bir neçə yeni versiyasını da təqdim edəcəyini bildirib. 

Yeni Iphone-ların əvvəlki modellərdən nə ilə seçiləcəyinə gəlincə şirkət qeyd edib ki, yeni iPhone-lar təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq. Amma texnoloji  təkmilləşdirmələrin hiss olunmayacaq qədər cüzi olacağı nəzərdə tutulub. Şirkət 5,4 düymlük ekrnı 6,7 düymlük versiya ilə əvəzləməyi də planlaşdırır. 

Apple  2022-ci ilin birinci rübündə iPhone satışından əldə etdiyi gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 39,57 milyard dollardan 40,67 milyard dollara kimi artırıb.  

Analitiklər ümumiyyətlə şirkətin gələcək perspektivləri haqqında müsbət proqnozlar verir.  Belə ki, Credit Suisse şirkətinin eksperti Şennon Kross Apple səhmlərini səmərəli adlandırıb. v

Wedbush şirkətinin analitiki Dan Ives CNBC-yə bildirib ki, Apple məhsullarına tələb gələn il qalxacaq. 

Bununla belə bu  həftənin çərşənbə günü Nyu-York birjasında keçirilən hərracda Apple-ın səhmləri 0,8% ucuzlaşıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
İqtisadiyyat 12:48
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
Əhalinin qaz istehlakı artıb
İqtisadiyyat 12:45
Əhalinin qaz istehlakı artıb
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
İqtisadiyyat 10:06
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:51
Qızılın qiyməti bahalaşıb
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb
İqtisadiyyat 09:50
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:38
Azərbaycan nefti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:22
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
İqtisadiyyat 17:13
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
Azərbaycana qarğıdalı idxalı azalıb
İqtisadiyyat 16:19
Azərbaycana qarğıdalı idxalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol