Kabildə izdihamlı məsciddə partlayışda onlarla adam ölü, çoxlu yaralı var
Çərşənbə günü Kabildə izdihamlı məsciddə güclü partlayış baş verib. 21 nəfər ölüb. Əfqanıstan polisinin verdiyi məlumata görə, daha 33 nəfər yaralanıb.
Ölənlər arasında məscidin imamı da var.
Hücumun arxasında kimin olduğu hələlik bəlli deyil. Lakin cəmi bir həftə əvvəl İslam Dövləti yaraqlıları Kabildə Talibanı dəstəkləyən din xadimini partladıblar.
Təhlükəsizlik qüvvələri Kabildə partlayış baş verən ərazini mühasirəyə alıb.
Hadisə şahidləri yaxınlıqdakı evlərin şüşələrini sındıran güclü partlayış səsi eşitdiklərini bildiriblər.
www.anews.az

Hadisə şahidlərindən biri Reuters agentliyinə deyib:
"Mən çoxlu ölü gördüm, hətta insanlar məscidin pəncərələrindən atıldılar".
Şəhərin əsas xəstəxanasını idarə edən təcili yardım QHT-nin rəhbəri Stefano Sozza BBC-yə bildirib ki, onun əməkdaşları uşaqlar da daxil olmaqla 35 nəfəri müalicə edib.
Onun sözlərinə görə, partlayış məscidin içərisində baş verib.
"Yəqin ki, namaz zamanı kimsə içəri daxil olub, bu zaman içəri sıxlıq olub, daha sonra [hücum edən şəxs] əldəqayırma partlayıcı qurğunu işə salıb. Beləliklə, hücumçuya yaxın olanların hamısı ölüb, ətrafındakılar isə çoxsaylı xəsarətlər alıblar. ” Sozza əlavə edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox