Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açır
Ermənistan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihəyə əsasən Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq.
"Sputnik Ermənistan” xəbər verir ki, qanunvericilik aktlarının dərci üçün vahid internet portalında hökumətin qərar layihəsi yerləşdirilib.
Təklif olunan dəyişikliklərə əsasən, avtomobillər üçün sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.
O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir.
Layihənin əsaslandırılmasında qeyd edilib ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox