• $
  • £

Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı - Açıqlama

Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı - Açıqlama
18.08.2022 22:09
Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanır”.


"Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündən sonra deyib. 


Ərdoğanın sözlərinə görə, bugünkü görüşdə müharibəyə son qoymaq üçün atılacaq addımlar müzakirə olunub. O ümid edir ki, taxıl ixracı sazişindən yaranan "müsbət atmosfer” Ukrayna və Rusiya arasında daimi sülhə çevrilə bilər.


"Şəxsən mən müharibənin sonda danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əslində, cənab Zelenski və cənab Quterreş də bununla razıdırlar. Bütün məsələ danışıqlar masasına gedən ən qısa və ədalətli yolu müəyyən etməkdir", - Ərdoğan bildirib.


Türkiyə lideri həmçinin qeyd edib ki, o, Ukrayna ilə Rusiya arasında mart ayında İstanbulda keçirilən görüş zamanı formalaşmış parametrlər üzrə danışıqları canlandırmağı mümkün hesab edir.


"Biz bu məqsədə çatmaq üçün hər cür dəstəyi göstərmək üçün yenidən təşəbbüskar və ya vasitəçi rolunu oynamağa hazırıq”, - o əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol