• $
  • £

Almaniya Rusiyanı saxta məlumat yaymaqda və alman cəmiyyətini parçalamaqda ittiham edib

Almaniya Rusiyanı saxta məlumat yaymaqda və alman cəmiyyətini parçalamaqda ittiham edib
19.08.2022 11:33
Rusiya Almaniyada qaz qıtlığı və ərzaq qiymətlərinin artması ilə bağlı saxta məlumatlar yayır və bununla da alman cəmiyyətini parçalamağa çalışır. "Handelsblatt” qəzeti yazır ki, bunu Konstitusiyanın Mühafizəsi üzrə Federal Bürosunun (BfV) rəhbəri Tomas Haldenvanq bildirib.
 
Haldenvanq qeyd edib ki, alman kəşfiyyat xidmətləri Rusiyanın təsirinin artmasından qorxur. Onun fikrincə, Rusiyadan olan agentlər "qəsdən dezinformasiya yaymaqla” almanlarda çaxnaşma yaradır, onları hazırkı hakimiyyətə qarşı yönəltməyə və "alman cəmiyyətinə zərbə vurmağa” çalışırlar.

"Rusiya kiberhücumlar və dezinformasiya kimi vasitələrdən alman cəmiyyətini parçalamaq üçün hibrid vasitələr kimi istifadə edir”, Tomas vurğulayıb.

Almaniya xüsusi xidmət orqanlarının rəhbəri həmçinin hesab edir ki, Almaniyanın daxili sabitliyinə təhlükə digər amillərlə yanaşı, "sağçı və solçu ekstremistlərdən, sui-qəsd nəzəriyyələrinin və nasist ideologiyasının tərəfdarlarından” gəlir.

Bundan əvvəl Almaniya qaz idxalçılarının Rusiyadan tədarükün azalması səbəbindən 32 milyard avro itirdiyi bildirilirdi. Şirkətlərin xərclərini ödəmək üçün Almaniya hakimiyyəti son istehlakçılar üçün qaz vergisi tətbiq etdi.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol