Jurnalist prokurorluqla bağlı prezidentə və aiddiyatı qurumlara MÜRACİƏT ETDİ
AFN.az saytının əməkdaşı Həbibə Abdulla ikinci dəfə Baş Prokurorluğa dəvət olunduğu üçün president İlham Əliyevə və aiddiyatı üzrə qurumlara müraciət ünvanlayıb.
Jurnalist müraciətdə bildirib ki, onu qeyri rəsmi olaraq ikinci dəfə Baş Prokurorluğa səbəb göstərmədən dəvət edirlər.
"Cənab Prezident! Yazıb diqqətinizə çatdırıram ki, son təxminən 15 gündə artıq ikinci dəfədir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin əməkdaşları tərəfindən heç bir əsaslandırma və rəsmi çağırış vərəqəsi olmadan İdarəyə dəvət olunuram. Birinci dəfə əsaslandırılmış çağırış vərəqəsi tələb etdim və görünür çağırış əsassız olduğu üçün bunu edə bilmədilər. İkinci dəfə yenə eyni qaydada rəsmi çağırış vərəqəsi tələb etdim, bu dəfə hazırda olduğum ünvanı soruşaraq, prokurorluq əməkdaşının yaxınlaşacağı bildirildi”, jurnalist müraciətdə qeyd edib.
Həbibə Abdullanın sözlərinə görə bu cür halı bir media işçisi və bir vətəndaş kimi özünə ciddi basqı kimi qəbul edir.
"Media sahəsində 24 ilə yaxındır fəaliyyət göstərirəm, bunun 20 ilə yaxınını jurnalist kimi işləmişəm. İllər öncə mediaya qarşı olan təzyiqlər, jurnalistlərin yersiz yerə saxlanmaları, həbs olunmaları hadisələrini çox görmüşəm. Aradan ötən müddət ərzində media ilə bağlı Sizin apardığınız dostyana siyasət nəticəsində bu təzyiqlər, demək olar ki, aradan qalxmışdı. Lakin son aylar ərzində yenidən media üzərində ciddi basqı var. Heç bir əsas olmadan Baş Prokurorluğun müxtəlif idarələrinə dəvət edilirik, heç bir əsas olmadan xəbərdarlıq edilir həmkarlarıma. Prokurorluq artıq media üçün "xoxan" rolunu oynayır. Ölkənin hüquq-mühafizə sisteminin dayaqlarından olan bir qurumun bu hala gətirilməsi həm də bir vətəndaş olaraq məni incidir.
Cənab Prezident! Vəziyyətin günü-gündən pisləşməsi azad ruhlu insanların ölkədə yaşamasını çətinləşdirir. Azad ruhlu insan həm də düşünən, pisi yaxşıdan ayırmağı bacaran, ölkəyə xeyir vermək amacında olan insan deməkdir. Mənim də bütün amacım dövlətimə layiqli vətəndaş olmaq, ölkəm üçün nələrsə etməkdir. Lakin bu gedişlə artıq bu mümkünsüz hala çevrilməkdədir. Mən lal, kar, kor ola bilmərəm!”, jurnalist əlavə edib.
Anews.az-a açıqlama verən Həbibə Abdulla bildirir ki, onu hansı səbəblə çağırıldığını bilmir və o prokurorluğa bu gün dəvət olunub.
www.anews.az

Həbibə Abdullanın yazdığı müraciəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının İnsan haqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, Xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, ölkədə fəaliyyət göstərən qadın hüquqlarını müdafiə təşkilatlarına ünvanlanıb.
Bir necə gün öncə hərbi jurnalist Səxavət Məmmədov, ictimai fəal Rövşən Məmmədov, jurnalist Zülfüqar Ələsgərov və Elgün Rəhimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Qəhramanlı, Zeynal Baxşiyev və D18 Demokratiya hərəkatının üzvü Ruslan İzzətliyə Qarabağın işğaldan azad olunmuş ərazilərində baş verən hadisələrlə bağlı facebookda post paylaşdıqları üçün "Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə ilə gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, aparılan monitorinqlərlə mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Jurnalistin müraciəti ilə bağlı adı çəkilən qurumlara sorğu ünvanlamışıq. Sorğuya cavab verildiyi halda xəbər yenilənəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox