• $
  • £

BMT-dən Quranın yandırılmasına REAKSİYA

BMT-dən Quranın yandırılmasına REAKSİYA
19.08.2022 17:03
Quran kitabını yandıranlar "nifrət cinayəti" olaraq cəzalandırılmalı, bu çirkin aksiya dərhal qadağan edilməlidir, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin keçmiş müavini Yan Eliasson tvitter hesabında bildirib.  
 
O, Danimarkanın radikal sağçı Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan tərəfindən başladılan Quranın yandırılması aksiyasının ölkədə 7 ayda 43 milyon kron (4 milyon 181 min dollar) ziyan vurduğunu söyləyib.
 
"Mən bu qədər pul xərclənməsini ağılsızlıq sayıram. Çünki ifadə azadlığına aid olmayan bir əməlin 43 milyon krona başa gəlməsi gülüncdür. Polis bunun əvəzinə öz mənbəyini və enerjisini açıq-aşkar cinayətlərə ayırmalı idi”, - o deyib.
 
Paludanın Danimarka ilə yanaşı, İsveç vətəndaşlığı da var. O, 11 sentyabrda İsveçdə keçiriləcək ümumi seçkilərdə iştirak etməyə hazırlaşır. Paludan son 15 gündür İsveçin müxtəlif yerlərində Quranı yandırmaqla məşğuldur. Xüsusilə türk və müsəlman məhəllələrini seçən Paludan, polisin ciddi mühafizəsi altında məscidlərin qarşısında Quranı yandıraraq İslam Peyğəmbərini təhqir edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol