Serbiya Prezidenti İlham Əliyevə zəng etdi
Avqustun 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlət başçısına təbriklərini çatdırdı. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu dedi.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlət başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox