• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycanın xarici ticarət dövriyyəsi 24,9 milyard dollar olub

Azərbaycanın xarici ticarət dövriyyəsi 24,9 milyard dollar olub
22.08.2022 12:39
2022-ci ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 24.9 milyard ABŞ dolları təşkil edib ki, bunun da 18.5 milyard ABŞ dolları (və ya 74.4%-i) ixracın, 6.4 mlrd. ABŞ dolları (və ya 25.6%-i) isə idxalın payına düşüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının rəsmi saytı yazıb.
 
Xarici ticarət balansında 12.1 milyard ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlib ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3.5 dəfə çoxdur.

Dövr ərzində 165 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib.  Ticarət dövriyyəsinin yarıdan çoxu İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Böyük Britaniya, Yunanıstan və Almaniya kimi ölkələrin payına düşüb. Hesabat dövründə ticarət dövriyyəsində ən yüksək pay İtaliyaya məxsus olub. 
 


Cari ilin I yarısında İtaliya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı ötən ilin müvafiq dövrünə nəzərən 13% bəndi artaraq 36.7% təşkil edib.

Hesabat dövründə ixrac 2.1 dəfə, qeyri-neft ixracı isə 25% artmışdır. İxracın dəyəri xam neft üzrə 63%, təbii qaz üzrə isə 4.7 dəfə artmışdır. Xam neft və neft məhsullarının 38.5%-i İtaliyaya, 9.9%-i İsrailə, 8.2%-i Hindistana, 6.4%-i Böyük Britaniyaya, 4.6%-i Portuqaliyaya ixrac olunub.
 

 

Dövr ərzində qeyri-neft sektoru üzrə ixracı artan əsas məhsullar kimya sənayesi məhsulları, alüminium və onlardan hazırlanan məmulatlar, sement, çay, qara metallar və onlardan hazırlanan məmulatlar və pambıq lifi olmuşdur. Belə ki, ixracın dəyəri kimya sənayesi məhsulları üzrə 5.3 dəfə, alüminium və ondan hazırlanan məmulatlar üzrə 2.3 dəfə artıb.

Ümumilikdə ixracda əsas tərəfdaşlar İtaliya (48.5%), Türkiyə (10%), İsrail (5%), Hindistan (4.4%), Böyük Britaniya (3.3%), Yunanıstan (3.1%) kimi ölkələr olub.

2022-ci ilin I yarısında əmtəə idxalı 18% artmışdır. O cümlədən əmtəə idxalı dövlət sektoru üzrə 2.3 dəfə artaraq 1 mlrd. ABŞ dolları, özəl sektor üzrə 9% artaraq 4.7 mlrd. ABŞ dolları, fiziki şəxslər üzrə  isə 2% azalaraq 0.6 mlrd. ABŞ dolları olub.

Dövr ərzində idxal plastmassa və onlardan hazırlanan məmulatlar üzrə 32.9%, əczaçılıq məhsulları üzrə 30.5%, nəqliyyat vasitələri və onların hissələri üzrə 28.7%, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 24.8%, yeyinti məhsulları üzrə 16.2% artıb, tütün və tütün məmulatları üzrə 20.1%, maşın, mexanizmlər üzrə 5% azalıb.
 
İdxal olunmuş məhsulların 18.6%-i Rusiya, 16.6%-i Türkiyə, 14.8%-i Çin, 4.8%-i Qazaxıstan, 4.4%-i Almaniya, 3.5%-i İran, 2.7%-i ABŞ, 2.3%-i İtaliya və 2.1%-i Ukrayna kimi ölkələrin payına düşüb.

İlkin rəqəmlərə əsasən 2022-ci ilin I yarısında ölkəyə daxil olan pul baratları 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artaraq 1.1 mlrd. ABŞ dolları olub.
 
Hesabat dövründə də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. DSK-nın məlumatına görə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2022-ci ilin I yarısında 1.6 mlrd. manat ekvivalentində olmuşdur ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 25.5%-ni təşkil edir.
 
Xarici təşkilatlar yönəldilmiş Böyük Britaniya, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam etmişdir. 2022-ci ilin iyul ayının 31-nə ölkənin strateji valyuta ehtiyatları 39 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2022-ci ilin I rübü üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.6 dəfə üstələyib.
 
Ləman Qasımova




































 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol