Azərbaycanda banklar aktiv və mənfəətlərini artırıb

31 iyul 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 41 milyard 589,7 milyon manata çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.
31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında bankların aktivləri 8,1% artıb.
Bununla yanaşı, iyulda bankların aktivləri 0,8% və ya 330,5 milyon manat azalıb.
İyulun sonuna bankların kredit portfeli 18 milyard 487,4 milyon manat (2021-ci ilin sonu ilə müqayisədə 11% artım) təşkil edib.
Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 139,2 milyon manatdır (artım 3,4%).
Bankların öhdəlikləri 36 milyard 450,5 milyon manat (artım 8,8%) təşkil edib. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 275,4 milyon manat (azalma 13,7%) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 29 milyard 600,5 milyon manat (artım 9,9 faiz), o cümlədən əhalinin əmanətləri 10 milyard 605,5 milyon manat (artım 17,4 faiz) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-iyulunda bankların cəmi xalis mənfəəti 492,6 milyon manat (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 20,5% artım) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 484,8 milyon manat (artım 25,3 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 220,9 milyon manat (artım 28,7 faiz) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 646,7 milyon manat (artım 32,5%) olub.
Bankların faiz xərcləri 352,6 milyon manat (artım 14,8%), o cümlədən depozitlər üzrə 245 milyon manat (artım 21,5%) təşkil edib.
Bankların qeyri-faiz xərcləri 1 milyard 9,7 milyon manata (artım 30,9 faiz) bərabərdir.
2022-ci ilin yanvar-iyulunda Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 741,4 milyon manat (artım 29%) olub.
Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 606,7 milyon manat (artım 26,2%), mənfəət vergisi ödənişləri 114,1 milyon manat (artım 58,7%) səviyyəsində qiymətləndirilir.
31 iyul 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə bankların 480 filialı (2021-ci ilin sonu ilə müqayisədə 0,2% artım) və 95 filialı (2021-ci ilin sonunda 97) var.
Azərbaycanın bank sektorunda 21,729 min nəfər çalışır (2021-ci ilin sonu ilə müqayisədə 6,9% artım ).
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 