Türkiyə və Azərbaycan Rusiyadan qaz idxalını 2 dəfə artırır

2022-ci ilin yanvar-avqstunda Türkiyənin Tüpraş neft emal zavodunun Rusiyadan 111 min barel neft idxal edəcəyi gözlənilir. Azərbaycanda isə SOCAR şirkətinin Star neft emal zavodunun Rusiyadan keçən ilin eyni dövründəki 48 min barellə müqayisədə təxminən 90,000 barel neft alacağı gözlənilir. Bu barədə Türkiyənin yerli mediası Reutersə istinadan məlumat yayıb.
Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra Türkiyə bu il Rusiyadan neft idxalını iki dəfəyə kimi artırıb.
Türkiyəyə Urals və Sibir yüngül nefti də daxil olmaqla Rusiyadan 98 min barel neft idxal olunurdu.
Qonşu ölkə qərbin saksiyalarına qatılmaması Rusiya ilə ticarət əlaqələrini əhəmiyyətli dərəcədə artırıb.
Türk mediası yazır ki, Türkiyənin Tüpraş və Azərbaycanın SOCAR şirkətinin Star neft emalı zavodu Rusiyadan Urals və Sibir Light markalı neftin alışını əhəmiyyətli dərəcədə artırıb, eyni zamanda Şimali dəniz, İraq və Qərbi Afrika neftinin alışını azaldıb.
Bununla bağlı Türkiyənin Energetika Nazirliyi, Tüpraş və SOCAR rəsmiləri mövzu ilə bağlı sualları hələlik cavablandırmayıb.
Fevralın 24-də Rusiya Ukraynanı işğal etdikdən sonra "xüsusi hərbi əməliyyat” adlanan hərəkətlə Qərb ölkələri bir-birinin ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 