Azərbaycanda istifadəçilərin onlayn təhlükəsizliyi 90-cı illər səviyyəsindədir - MÜSAHİBƏ

Emin Hüseynov Gəncədə doğulub, orta
və ilk ali təhsilini Azərbaycanda alıb. Həmyerlimiz hazırda Birləşmiş Millətlər Təşkilatında
(BMT) çalışır. O, 2006-cı ildən UNICEF-də işləyir və hazırda
UNICEF-in Cenevrə qərargahında Sistem Administratoru vəzifəsini
icra edir.
- Uzun zamandır, xaricdəsiniz, oraYA köçməyə qərar
verəndə tərəddüləriniz nələr idi və bu gün olduğunuz mühitdən razısınızmı?
- Bir müddət Azərbaycanda İT sahəsində da
çalışıbsınız. Hazırda olduğunuz mühitlə bizim iş mühitini müqayisəli necə şərh
edərdiniz? Bizi onlardan, onları bizdən fərqləndirən nələrdir?
- Necə düşünürsüz, Azərbaycan İKT sahəsində
harda yalnış edir? Məsələn, müşahidələrimiz göstərir ki, bu sahədə dünyada
kifayət qədər güclü məktəblər, universitetlər var və bunun nəticəsində güclü
kadrlar formalaşır. Siz də elə hesab edirsiniz ki, hər şey elə təhsildən
başlayır? Azərbaycan bu sahədə nələr edə bilər?
- Elmi araşdırmalar da edirsiniz. Bu, İKT-yə
bağlıdır? Nələr edirsiniz? Ölkəmizə bu sahədə necə dəstək göstəririsiniz?
Araşdırmalarınız hansı istiqamətdədir?
- Avropda araşdırma ilə məşğul olanlara münasibət
və yanaşma necədir? Bu sahəyə kifayət qədər diqqət ayrılırmı?
Bəli, həm mənəvi həm maddi dəstək. Bir çox hallarda dövlət tərəfindən, amma özəl qurumların da dəstəyi az deyil.
Məltəm Şahbazova
www.anews.az
Son illər Azərbaycandan xaricə xeyli sayda
beyin axını oldu və Azərbaycan əksər bacarıqlı İnformasiya Texnoplogiyaları (İT) mütəxəssisni
itirdi. Emin Hüseynov isə ölkədən baş
götürüb qaçanlardan yox, xaricdə öyrəndiyi bilik və təcrübələri ilə Azərbaycana
töhfə verməyə çalışanlardır.
O, uzun illərdir "Startap Azərbaycan” təşkilatında
ekspert kimi yeni yaranan startaplara dəstək verir. 2020 ilədək Cenevrə
Universitetində PhD təhsili ilə bərabər, tədqiqatçı kimi fəaliyyət göstərib.
Hazırda eyni istiqamətdə fəaliyyətini indi
də davam etdirir və Azərbaycan Texniki
Universitetində (AzTU) elmi işçi kimi çalışır ("remote”, uzaqdan olaraq).
Emin Hüseynovla həm
yerli, həm də qlobal İT bazarı, yanaşma, trendlər barədə söhbət etdik.
-2009-cu ildən İsveçrədəyəm. Əslində, qərarı özüm verməmişəm, təşkilatın xətti
ilə təklif alıb, təcili layihələri təxirə salmamaq məqsədi ilə müvəqqəti
müqavilə ilə başlayıb, sonradan uzunmüddətli iş ilə davam etmiş oldum. Yəni, məqsəd
məhz xaricə köçmək deyildi. İş və yaşayış mühitindən hazırda tam razıyam, lakin
ilk 1-2 il biraz çətin oldu, əsasən də dil baryeri olduğu üçün. Cenevrənin rəsmi
dili fransız dilidir, mən isə işimdə o vaxt yalnız ingilis dilindən istifadə
edirdim.Digər aspektlərdən elə də çox problem olmasını deyə bilmərəm, uyğunlaşmaq
nisbətən rahat keçdi.
- Əsas fərq innovasiyalara dövlət və cəmiyyət tərəfindən
real dəstəkdədir. İKT sahəsində olan
layihələrin real biznesə çevrilməsi prosesi İsveçrədə daha rahatdır. Cenevrə Fransaya yaxın olduğu üçün,
Fransada İKT iş mühiti ilə də yaxından tanışam. Ona görə də, deyə bilərəm ki, hazırda
Fransada bu sahədə iş görmək daha da rahatdır.
- Azərbaycan son illərdə İKT sahəsində necə
inkişaf edib?
- Azərbaycan İKT sahəsini diqqətlə izləyirəm və
bu sahədə inkişaf etmiş əlaqələrim və maraqlarım var. Şəxsi fikrimi bilmək istəsəz
isə, belə söyləyim – inkişaf var, amma dəfələrlə çox ola bilərdi. Bəzi sahələrdə
isə, məsələn İKT təhlükəsizlik sahəsində, istifadəçilər toplusu hələdə 90-cı
illər səviyyəsindədir.
- Yəqin ki, Avropada yüksək texnologiyalar,
startaplara yanaşma da fərqlidir. Məsələn, Azərbaycan hələ son dövrlər bu sahəyə
ayaq uydurmağa çalışır. Cenevre bu sahədə
necə inkişad edib, bu sahədə çalışan həmyerlilərimiz
çoxdurmu?
- Cenevrə balaca bir şəhərdir (Gəncədən də kiçik), və xaricdən gələn işçilər əsasən
BMT tərəfindən cəlb olunur. Ona görə də,
azərbaycanlılar olsa da, İKT sahəsində çalışanların sayı azdır. Lakin İsveçrənin
başqa Kantonlarında İKT sahəsində azərbaycanlılar az deyil, hətta deyərdim
pozitiv təəccüb doğuran sayda çoxdur.
Fikrimcə, beyin axınını dövlət tərəfindən tənzimləmək düzgün – bu yalnız ümumi
həyat səviyyəsinin artırılması ilə həll olunacaq. Yəni Azərbaycanda rahat
yaşayıb işləmək olarsa, xaricə heç kim getməyəcək.
Əlbəttə ki, təhsilin keyfiyyəti artırılmalıdır. Bu tək İKT deyil, bütün təhsilə
aiddir. Amma bir məqama ayrıca toxunum, nədənsə Azərbaycanda peşə təhsilinə
fikir verilmir. Nümunə üçün, proqramlaşdırma bilikləri, frontend, backend
bacarıqları Fransa və İsveçrədə heç də ali təhsilin bir hissəsi hesab olunmur.
Azərbaycanda hətta magistratura səviyyəsində tədris olunan bəzi mövzular, Cenevrədə
peşə məktəblərin proqramındadır.Bu
kontekstdə onu da deyə bilərəm
ki, İsveçrədə orta məktəb məzunlarının yalnız 20% təhsilini universitetlərdə
davam edir, və bu tam normal hesab olunur. Qısaca desək, proqramçı, sistem
inzibatçısı, frontend mütəxəssisi ali təhsil müəssisəsi tərəfindən deyil, peşə
məktəbi tərəfindən hazırlanmalıdır. İsveçrədə peşə məktəbi məzunu olaraq İKT
sahəsində yüksək maaşla iş tapmaq şansı, ali məktəbdən sonra iş tapmaq
şansından dəfələrə, bəlkə onlarla yuxarıdır.
- Bir İT mütəxəssisi kimi Sizi nə qane edir?
İlk növbədə maraqlı iş. Təəsüf ki, maaş yaxşı olmayanda, maraqlı işə belə həvəs
itir.
- Artıq qeyd etdiyim kimi, AzTU ilə əməkdaşlığımı başlamışam. Araşdırmalar
kibertəhlükəsizlik sahəsində olacaq, amma daha çox diqqət Azərbaycanda bu sahədə
ali təhsilin gücləndirməsinə yetirəcəyik. İnşallah bu tədris ilində ilk dərslərimin
başlanması planlaşdırırıq.
Bəli, həm mənəvi həm maddi dəstək. Bir çox hallarda dövlət tərəfindən, amma özəl qurumların da dəstəyi az deyil.
Məltəm Şahbazova
www.anews.az
Son xəbərlər
Daha çox 