“Bank Respublika” “GooglePay” kontaktsız ödənişlərini istifadəyə verdi

Müasir dövrdə demək olar ki, hər birimizin həyatında smartfonlar böyük və xüsusi rol oynayır. Bu cihazlar artıq həyatımızın istənilən aktivliklərində əvəzsiz köməkçimizdir. Səyahət etmək, müxtəlif tədbirlərə qatılmaq, restoranlarda nahar və istənilən yerdə rahat alış-veriş üçün smartfonlarda ödəniş və bonus kartlarını, səyahət biletlərini saxlamaq kimi bir çox imkanlar mövcuddur.
"Google Pay” istifadəçilərə mağazalarda (kontaktsız ödənişlərin qəbul edildiyi məkanlarda), tətbiqlərdə və internet üzərindən ödəniş edərək təhlükəsiz alış-veriş etmək imkanı verir.
"Bank Respublika”nın kart sahibləri "Google Pay” üçün kredit və yaxud debet kartlarını həmçinin bu gün ölkəmizdə istifadəyə verilən rəqəmsal pul cüzdanı olan "Google Wallet”də saxlaya biləcəklər. Bir neçə təhlükəsizlik dərəcəsi ilə təchiz olunmuş "Google Pay” və "Google Wallet” xidmətləri ödənişləri daha təhlükəsiz edir.
Xüsusi tokonezasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın - yəni token məlumatları ötürülür. Token birbaşa cıhazınıza bağlanır və dinamik təhlükəsizlik şifrəsindən asılıdır, eyni vaxtda hər əməliyyat zamanı yenilənir.
Yuxarıda qeyd olunan funksiyalar kartlarınız üçün nəzərdə tutulan bütün standart qorunma normalarını üstələyir.
"Google Pay” xidmətindən Google Wallet tətbiqini Google Play Store-dan yükləyərək və bankın "Mobil Şöbə” əlavəsi vasitəsi ilə istifadə edə bilərsiniz.
www.anews.az
Son xəbərlər
Daha çox 