Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb. Bu, Nazirlər Kabineti "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.
www.anews.az
Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağının aksiz dərəcəsi 18 %-dən 18,3%ə qaldırılıb.
"Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət
tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış
məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar
Respublikasına daşınmasına (təchizatına) "Ölkə daxilində neft
məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli
qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən
xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya verilsin", - qərarda yazılıb.
Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur. AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 72.6 dəfə artaraq 173 milyon 403,17 min dollar təşkil edib.
Azərbaycana AI-92 markalı avtomobil benzinin idxalının kəskin artımı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar olub.
Hesabata görə, 125 milyon 645,95 min dollar dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan (41 milyon 731,96 min dollar dəyərində 36 min 571 ton), Qazaxıstandan (3 milyon 998,18 min dollar dəyərində 3 min 526,29 ton) və Rumıniyadan (2 milyon 27,08 min dollar dəyərində 1 min 525,41 ton) idxal edilib.
Hesabatda həmçinin bildirilir ki, Azərbaycan 2022-ci ilin I yarısında 46 min 266,92 ton "Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 38,6% azdır.
Ləman Qasımova

Son xəbərlər
Daha çox 