İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb
İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb.
"Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur”, - Baş nazir əlavə edib.
Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda yüzdə 80 faiz olduğunu və oktyabrda bunu yüzdə 90-a çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib.
Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O, qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox