• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycan Dövlət Neft Fondunun xalis mənfəəti 71% azalıb

Azərbaycan Dövlət Neft Fondunun xalis mənfəəti 71% azalıb
25.08.2022 14:21
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci ildə xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 71% azdır. Bu barədə PWC beynəlxalq audit şirkətinin hazırladığı ARDNF-nin 2021-ci il üzrə maliyyə hesabatında bildirilir. 

Açıqlanan maliyyə hesabatına əsasən, 2021-ci ildə Dövlət Neft Fondunun əməliyyat gəlirləri 1 milyard 568,011 milyon manat (azalma 70,6%) olub.

Bununla yanaşı, 2021-ci ildə fondun məzənnə fərqindən əldə etdiyi gəlirləri 1 milyard 504,135 milyon manat (artım 21%) olub.

Fondun faiz gəlirləri 4,329 milyon manat (azalma 93,3%), dividend gəlirləri 513,091 milyon manat (artım 50,5%), icarə gəlirləri 35,906 milyon manat (azalma 43,8%) təşkil edib.

2021-ci ildə ARDNF-nin qızıl külçələrindən itkiləri bir il əvvəlki 2 milyard 59,788 milyon manat gəlirə qarşı 472,75 milyon manat təşkil edib.

Hesabata görə, 2021-ci ildə ARDNF-nin manat ekvivalentində aktivləri 3,4% artaraq 76 milyard 917,411 milyon manata çatıb. O cümlədən, fondun dövriyyə aktivləri 3,5% artaraq 73 milyard 910,573 milyon manata, uzunmüddətli aktivləri isə 1,6 faiz artaraq 3 milyard 6,838 milyon manata çatıb.

Dövlət Neft Fondunun öhdəlikləri 8,9% azalaraq 584,978 milyon manat təşkil edib.

2021-ci ildə ARDNF-nin kapitalı 3,5% artaraq 76 milyard 332,433 milyon manat, o cümlədən kapital qoyuluşları 33 milyard 845,78 milyon manat (artım 4,1 faiz), cəmi bölüşdürülməmiş mənfəət 41 milyard 825,204 milyon manat (3,9% artım) təşkil edib. .

Azərbaycan Neft Fondu 999-cu ilin dekabrında yaradılıb. Azərbaycan nefti və qazın satışından əldə edilən gəlirlər bu fondda akkumilyasiya olunur. 
 
N.Təbrizli

www.anews.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol