• $
  • £

İngiltərə ilk dəfə Rusiya enerjisindən tamamilə imtina etdi

İngiltərə ilk dəfə Rusiya enerjisindən tamamilə imtina etdi
25.08.2022 16:21
Böyük Britaniya ilk dəfə Rusiya enerji məhsullarının idxalından tamamilə imtina edib. 2021-ci ildə Britaniya idxalının təxminən 4%-i Rusiya qazı, 11%-i isə Rusiya neftinin payına düşüb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, iyunda Rusiyadan digər malların idxalı da 33 milyon funt-sterlinqə (39 milyon dollar) düşüb ki, bu da 1997-ci ilin yanvarından bəri ən aşağı səviyyədir.
Ən son məlumatların dərci Ukraynada Müstəqillik Gününün qeyd edilməsinə və başqa bir kədərli tarixə təsadüf etdi: elə həmin gün, Rusiyanın hərbi təcavüzünün başlamasından düz altı ay keçir.

Nəticədə, Avropa İttifaqı bir il ərzində Rusiyadan qaz idxalını üçdə iki azaltmaq, həmçinin ilin sonuna qədər dəniz yolu ilə çatdırılan bütün Rusiya neftinin idxalını qadağan etmək qərarına gəlib.

ABŞ Rusiya qazı və neftinin idxalına tam qadağa qoyub. Britaniya da öz növbəsində ilin sonuna qədər Rusiya neftinin idxalını tamamilə dayandırmaq və mümkün qədər tez Rusiya qazının alınmasını dayandırmaq öhdəliyi götürüb.

Moskvanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Rusiya mallarının idxalında, eləcə də Rusiyaya ixracında ümumi azalma başladı.

Belə ki, Böyük Britaniyanın Rusiyaya dəzgah və nəqliyyat avadanlıqlarının satışı iyuna qədər 91,3%, ümumilikdə isə Rusiyaya ixrac 2022-ci ilin fevral ayına qədər olan ilin orta aylıq göstəricisi ilə müqayisədə demək olar ki, 70% azalıb.

Rusiyaya ixracı cüzi artan yeganə mallar dərmanlar və sanksiyalara məruz qalmayan digər əczaçılıq məhsulları olub.

ONS-in məlumatına görə, Böyük Britaniya və Rusiya arasında ticarət təkcə hökumətin sanksiyaları səbəbindən deyil, həm də bir çox biznes könüllü olaraq Rusiya mallarına alternativ tapmaq qərarına gəldiyi üçün zəifləyib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol