• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ramiz Mehdiyevin kürəkəni yenidən məhkəmə qarşısına çıxır

Ramiz Mehdiyevin kürəkəni yenidən məhkəmə qarşısına çıxır
25.08.2022 17:12
Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, İlham Əliyevə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı avqust ayının 16-da Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə hazırlıq iclası keçrilib. Növbəti məhkəmə iclası sentyabr ayının 1-nə təyin olunub.

Məhkəmə iddiasının müqavilənin ləğv olunması ilə bağlı olduğu bildirilir.

Ramiz Mehdiyevin kürəkəninə qarşı iddia İbrahimov Mənsur Nəmətulla oğlu tərəfindən qaldırılıb. Məhkəmə prosesində maraqlı şəxs kimi "Dostluq-MK” MMC adlı şirkət də iştirak edir.

Məlumat üçün bildirək ki, İlham Əliyev Azərbaycan Milli Məclisinin IV və V çağırış (2010-2020-ci illər) deputatı olub. Mehdiyevin kürəkəni həm 2010, həm də 2015-ci illərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Məhkəmədə maraqlı tərəf kimi iştirak edən "Dostluq-MK” MMC də İlham Əliyev deputat seçildikdən qısa müddət (4 ay) sonra – 18.03.2011-ci ildə Şabran rayonunun Gəndob kəndində qeydiyyata alınıb. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, İlham Əliyev "Dostluq-MK” MMC vasitəsilə Gəndob kəndi ərazisində kənd təsərrüfatı fəaliyyətilə məşğul olub. Kənd sakinlərilə İlham Əliyev arasında dəfələrlə torpaq mübahisələri yaşanıb.

Onu da bildirək ki, 2 ilə əvvəl – 18 avqust 2020-ci il tarixində ölkədə sərt karantin rejiminin olmasına baxmayaraq İlham Əliyev qızına toy mərasimi keçirib. Ramiz Mehdiyevin və tanınmış şəxslərin iştirak etdiyi toy mərasimi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol