• $
  • £

Ukraynada dəmiryolu stansiyasına raketlə hücumu edilib

Ukraynada dəmiryolu stansiyasına raketlə hücumu edilib
25.08.2022 17:28
Avqustun 24-də cənubi Dnepropetrovsk regionundakı Çaplin dəmir yolu stansiyasına endirilən raket zərbəsi nəticəsində 22 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Bu barədə Ukrayna KİV yazıb.

Ukrayna Prezident Aparatının sözçüsü Kirilo Timoşenko xilasetmə və axtarış işlərinin başa çatdığını söyləyib. 

Yaşayış sahəsinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ölənlərdən ikisi uşaqdır. 

Ölənlərdən 5 nəfərin, o cümlədən 6 yaşlı uşağın avtomobildə yandığı bildirilir.

Kreml hadisə ilə bağlı hələ ki şərh verməyib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Скоро объявят имя нового главы Ирана - Oбновлено
Dünya 23:43
Скоро объявят имя нового главы Ирана - Oбновлено
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol