• $
  • £

Rəşad Sadıqova xəbərdarlıq edildi

Rəşad Sadıqova xəbərdarlıq edildi
26.08.2022 13:44
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xəbərdarlıq edib. Bu barədə qərar AFFA-nın İntizam Komitəsinin avqustun 26-da keçirilən iclasında qəbul edilib.
 
Habelə, aparılan müzakirələrdən sonra Misli Premyer Liqasının 2-ci və 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar  da çıxarılıb:

2-ci turun "Zirə” – "Sabah” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

2-ci turun "Sumqayıt” – "Qarabağ” oyununda "Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

2-ci turun "Səbail” – "Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun "Sabah” – "Neftçi” oyununda "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Bu oyunda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun "Zirə” – "Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun "Kəpəz” – "Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
İdman 09:33
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol