Laçınla bağlı məruzəni edən general kimdir?
5-ci ordu korpusunun komandiri general-mayor Kənan Seyidov bu gün, avqustun 26-da Prezident İlham Əliyevə Laçın, həmçinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məruzə edib.
Anews.az Kənan Seyidovun dosyesini təqdim edir :
Kənan Əlihüseyn oğlu Seyidov 1974-cü il mayın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
Kapitan ikən Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Polkovnik-leytenant olan zaman Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib.
Həmçinin Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə” medalı ilə də təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox