• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

Yapon taktikasını özlərinə qarşı işlədən dünya çempionu ilə MÜSAHİBƏ

Yapon taktikasını özlərinə qarşı işlədən dünya çempionu ilə MÜSAHİBƏ
26.08.2022 18:17

Yeniyetmələr arasında sərbəst güləş üzrə 49 kiloqram çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova bu ilin yayında Avropa və Dünya çempionu adını qazanıb.  17 yaşlı idmançı idmana necə gəlməsi, rastlaşdığı çətinliklər və qazandığı uğurlar barədə Anews.az-la bölüşdü:

 

-  Niyə məhz güləş idman növünü seçdiniz?

 

- Güləşə beş yaşından başlamışam. Bu, öz istəyimlə deyil, atamın istəyi ilə olub. Çünki o özü də əvvəl güləşçi olub. Amma müəyyən səbəbdən güləşlə məşğul olmağı dayandırıb.  Ona görə də mənim davamçısı olmağımı istəyib. Daha sonra məndə həvəs yarandı. Maria Stadnikdən stimul aldım. Bundan sonra peşəkar güləşlə məşğul olmağa başladım.

 

-  Dostlar, tanışlar arasında güləşlə məşğul olmağınıza hər hansı narazılıq edən oldumu?  

 

- Yaxınlar arasında tərəddüd edənlər oldu. "Qız nədir idman nədir?!" deyrdilər. Amma həvəsim və məqsədim var idi deyə heç kimə qulaq asmayıb öz həvəsimin arxasınca getdim.



 

Güləşlə məşğul olmağınız şəxsi həyatınızda köməyinizə gəlibmi? Məsələn, olubmu ki, kimsə sizin xoşunuz gəlməyən hərəkət etsin və siz ona fiziki təzyiq edərək yerində oturtmusuz?

 

Çalışıram elə hadisələr olmasın, mübahisə yaranmasın.

 

15 dəfə müxtəlif turnirlərin qalibi olmusuz. Bu qələbələr sizi milli komandamızın üzvünə çevirdi. 2021-ci ildə Avropa Çempionatını 8-ci, Dünya Çempionatını isə 2-ci yerlə başa vurdunuz. Bəs sizi qələbədən ayıran nə idi?

 

2021-ci ildə ilk yarışım Bolqarıstanda keçirilən Avropa Çempionatı oldu. Təəssüf ki, yarış mənim üçün uğursuz oldu. Sonra Macarıstanın Budapeşt şəhərində keçirilmiş Dünya Çempionatına qatıldım. Həmin yarışı ikinci yerlə başa vurdum. Keçən il təcrübəm az olduğu üçün çempion ola bilmədim. Bu il daha da yaxşı hazırlaşdım. Şəxsi məşqçim Solmaz Adilova çox kömək oldu. Yığma komandanın və oğlanların komandasının məşqçilərinə təşəkkür edirəm. Hamısının üzərimdə əziyyəti böyükdür.

 

Gənclər və İdman naziri Azad Rəhimovun və ondan sonrakı nazir Fərid Qayıbovun dövründə uğurlarınız olub. Bir gənc kimi nə düşünürsünüz onlardan hansı idmana daha çox diqqət yetirirdi?


Hər iksində onların idmana olan diqqətlərini görmüşəm. 2021-ci ildə isə Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə mənə güləş idman növü üzrə "idman ustası” dərəcəsi verildi.

 


2022-ci il sizin üçün düşərli oldu. Buxarestdə keçirilən yeniyetmələr arasında Avropa Çempionu, daha sonra isə Romada keçirilən yarışda qələbə qazanmısız. Bu qarşılaşmalar yadınızda nə ilə qaldı?

 

- Bu ilki ilk beynəlxalq yarışım Türkiyənin Antalya şəhərində keçirilən zəfər turniri idi. Bu yarış Avropa Çempionatına lisenziya qazanmaq üçün idi. Bu lisenziyanı alaraq Avropa çempionatına qatıldım və çempion oldum. Daha sonra dünya çempionatında ölkəmizi təmsil etdim. Finalda Mihoho Taheuçi ilə qarşılaşdım. Bilirsiz ki, Yaponiyalı qadın güləşçilər dünyada birincidirlər. Bir az tərəddüd var idi. İstəmirdim keçən ilki kimi heyifslənim. Kəməri qazanmaq üçün rəqibim kim olur olsun mənə fərq etmirdi. İlk hissədə 3-0 məğlub olurdum. Lakin yaponiyalıların taktikalarını özlərinə işlətdim. Onlar məğlub durumda olsalar da son saniyələrdə taktika işlədərək qələbə qazanırlar. Mən də hesabda geridə olsam da son 40 saniyədə fəndimi tətbiq etdim və 5-3 hesabı ilə qələbə qazandım.

 

Türkiyə sərbəst güləşçisi Sevval Cayır ilə bir neçə dəfə eyni turnirlərdə qarşılaşmısız və hər dəfə də qələbə çalmısız. Bu bir təsadüfdür, ya necə?

 

Sevval Cayır ilə bir neçə dəfə qarşılaşmışam. Eyni çəkidə çıxış edirik. Hər ikimiz və buna görə də biz eyni turnirlərdə qarşılaşırıq. Avropa Çempionatına lisenziyon yarışda Sevval Cayırla güləşim alınmadı. Çempionatda qızıldan çox onunla görüş məni maraqlandırırdı. İstəyirdim ki, güləşib revanşımı alım. Avropa çempionatında yarımfinal mərhələsində 8-5 hesabı ilə onu məğlub etdim. O məndən bir yaş böyük olduğu üçün gənclərin yarışına da qatıla bilirdi. Gənclərin Avropa çempionu oldu. Sonra Dünya Çempionatının ¼ finalında onunla qarşılaşdım. Tərəddüd edirdim. Çünki gənclərin Avropa Çempionu olmuşdu. Bu görüşdə onu 4-2 hesabı ilə məğlub etdim.

 

Gələcək kariyeranızı necə düşünürsünüz?

 

- Kariyeramı bu sahədə davam etdirməyi düşünürəm. Daha yaxşı hazırlaşmalıyam. Çünki gələn il yarışlarım çoxdur. Həm zəfər turnirlərinə, həm də gənclərin Avropa Çempionatına qatılmaq istəyirəm. Gələn il 53 kq da məni Avropa və Dünya çempionatında görəcəksiz.

 



Güləşlə məşğul olan, olmaq istəyən gənclərə, yeniyetmələrə nə tövsiyə edərsiz?

 

 - Kimin hansı sahəyə marağı varsa o sahədə də irəliləsin. Yəni, bir insanın idmana həvəsi varsa yolundan dönməsin. Deməli, o, bu yolda irəliləyə bilər. 

 

- Güləş federasiyasının işində nə kimi dəyişikliklər etməsini tövsiyə edərdiniz? 

 

- Güləş federasiyasının işi məni çox qane edir. Avropa Çempionatından qabaq Astara Olimpiya İdman Kompleksində, Dünya Çempionatından qabaq Göygöl Olimpiya İdman Kompleksində bizim təlim-məşq toplanışlarımız oldu. Güləş federasiyası tərəfindən bizə maksimum dərəcədə qayğı göstərdilər. Buna görə də federasiyanın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

 



Sadiq Cavadov

Məhluqə Tağıyeva

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol