Laçında qeyri-hökumət təşkilatları yaradılacaq
Laçında qeyri-hökumət təşkilatları yaradılacaq, bunu jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev özünün tviter hesabında avqustun 26-da yazıb ki, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”- paylaşımda qeyd olunub.
Zabux və Laçında məskunlaşan ermənilərə oranı tərk etməsi üçün verilən vaxt dünən avqustun 25-də başa çatıb. Orada yaşayan bütün erməni ailələr artıq şəhərdən çıxıb.
Azərbaycan Prezidenti Ermənistana Laçın və Zabuxu tərk etmək üçün avqustun sonuna kimi vaxt vermişdi. Ermənistan hökuməti Laçından çıxarkən evlərini yandırmayan erməni ailələrinə qonorar və əlavə bir müddət pul mükafatı verəcəyini vəd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox