• $
  • £

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün gündəlikdəki məsələlər - Açıqlandı

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün gündəlikdəki məsələlər - Açıqlandı
27.08.2022 15:30
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Bunun da irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, burada asanlaşdırıcı tərəflərə ehtiyac var. Hazırda Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərilir və Azərbaycan bunda maraqlıdır, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemləridir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir.

"Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi, Zabux və Sus kəndlərində Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi və bu ərazilərin ölkəmizin tam nəzarətinə keçməsi bir daha ona dəlalət edir ki, cənab Prezident nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi imkanlardan və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Dünən cənab Prezident o tvitlə müharibə dövründə yaşadığımız sevinci hər bir Azərbaycan vətəndaşına bir daha yaşatdı”, - deyə Hikmət Hacıyev əlavə edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol