“Mercedes-Benz” Rusiyadakı zavodunu satacaq
Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz” şirkəti Rusiyanın Moskva vilayətindəki avtomobil istehsalı zavodunu satmaq niyyətindədir. Bu barədə "Kommersant” yazıb.
Qeyd edilir ki, alıcı "Avtodom” şirkətinin Rusiya dileri ola bilər. "Mercedes” bildirib ki, şirkət Rusiya Federasiyasında biznes qurmaq üçün müxtəlif variantları nəzərdən keçirir.
Bundan əvvəl "Mercedes-Benz”in distribütoru "Mercedes-Benz Rus”un əmlakını Rusiya dilerlərindən birinə satmaq istədiyi və distribütorun hüquqlarının ona da keçməsini müzakirə etdiyi bildirilirdi.
Əgər Rusiya şirkəti zavodu alsa, ondan alman markalı avtomobillərin yığılması üçün istifadə edə bilməyəcək, çünki bu, çoxlu sayda səlahiyyətli komponent istehsalçılarından təchizat tələb edir ki, bu da qərargahın dəstəyi olmadan mümkün deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər