• $
  • £

Yaralanan Rusiya əsgərlərinin sayı 70-80 mindir - YENİ FƏRMAN

Yaralanan Rusiya əsgərlərinin sayı 70-80 mindir - YENİ FƏRMAN
28.08.2022 14:30
Rusiyanın hərbi itkiləri haqda məlumatların toplanması fevraldan aparılır. Müxtəlif ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiyanın Ukrayna üzərindəki müharibədə həlak olan və yaralanan Rusiya əsgərlərinin sayı 70-80 min arasındadır. Bu rəqəm Britaniya və digər Qərb kəşfiyyatların məlumatları ilə üst-üsə düşür.

Bir neçə aydır ki, Rusiya komandirləri ordunun sıralarını artırmaq üçün sakit amma geniş tədbirlər həyata keçirirlər.

Dövlət televiziyası aparıcıları tez-tez Kremlin "xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəyə könüllü cəlb olunmaq istəyənlərin məlumat əldə etməsi üçün telefon nömrələrini elan edirlər. Qanunvericilər müqavilə əsasında hərbi xidmətin yuxarı yaş məhdudiyyətini aradan qaldırıblar. İşəgötürmə vebsəhifələri cəlbedici əməkhaqqı və digər imtiyazların daxil olduğu "müqaviləli əsgər” vakansiyaları ilə doludur.

Məlumatlara əsasən, rəsmilər Rusiyanın 80-dən çox regionun hər birində "könüllü batalyonları” yaratmaq istəyirlər. Yayılan digər məlumatlara görə, muzdlu döyüşçü şirkətləri məhbusların həbs müddətinin azaldılması müqabilində onların döyüşlərə cəlb edilməsini təklif edirlər. Döyüşdə xidmət etmələri qadağan edilən çağırışçılar xidmət müddətini uzatmaq üçün müqavilə imzalamağa məcbur edilirlər.

Lakin bir şeyi Kreml və Müdafiə Nazirliyi etməkdən imtina edir - ümumi səfərbərliyin elan edilməsi. Bu addım Rusiya cəmiyyətinin Kremlin dediyindən fərqli olaraq genişmiqyaslı müharibənin keçirildiyinin qəbul edilməsi ilə nəticələ bilər.

Buna baxmayaraq, avqustun 25-i prezident Vladimir Putin Rusiyanı müharibəyə daha da sürükləyəcək kiçik, amma əhəmiyyətli addım atdı. Kremlin vebsəhifəsində dərc edilən fərmana əsasən, Rusiyada həqiqi hərbi qulluqçuların sayı 13 faiz, yəni 137 min nəfər artırılaraq, ümumi 1,15 milyon nəfər təşkil edəcək.

Yanvarın 1-i qüvvəyə minəcək qərar son beş il ərzində Rusiya ordusu sayında ilk dəyişiklikdir. Bu addımın səbəbini nə Kreml, nə Putin, nə də Müdafiə Nazirliyi izah edib.

Bu artım nəticəsində Rusiya silahlı qüvvələrində olan hərbi və mülki şəxsi heyətin ümumi sayını 2 milyon nəfər olacaq. Amma artım mülki şəxsi heyətə şamil olunmur və yalnız yeni əsgərlərin cəlb edilməsini nəzərdə tutur.(amerikanın səsi)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol