Aİ Rusiya ilə viza razılaşmasını dayandırır?
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə imzalanmış Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırırlar.
Aİ-nin yüksək rütbəli rəsmisi deyib:
"Rusiyalı turistlərin şəhərlərimizdə, limanlarımızda dolaşmaları məqsədəuyğun deyil. Biz rus xalqına siqnal verməliyik ki, bu müharibə yaxşı deyil, qəbuledilməzdir”.
Müqavilənin dayandırılması bütün Aİ vizaları üçün müraciət prosesini daha mürəkkəb və bahalı edəcək, həmçinin gözləmə müddətlərini artıracaq.
Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər