Azərbaycanda itkin düşənlərlə bağlı qanun qəbul edilməlidir - Zahid Oruc
Azərbaycanda itkin düşənlərlə bağlı qanun qəbul edilməlidir. Bunu Milli Məclisin deputatı Zahid Oruc bu bün keçirlən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda çıxışı zamanı deyib.
Birinci və İkinci Qarabağ müharibəsində ümumilikdə 3896 nəfər itkin düşmüş kimi qeydə alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.
www.anews.az
"Bir çox ölkələrdə itkinlərlə bağlı ayrıca qanunlar mövcuddur. Azərbaycanda 2013-cü ildə belə qanunla bağlı anons verilsə də hələlik reallaşmayıb. Üstəlik, bir çox ölkələrdə milli "İtkin düşmüşlər günü” təsis və qeyd edilir. Ermənistanda 2000-ci ildən "Qarabağda itkin, əsir və girovlar günü” təsis edilib və Azərbaycana qarşı siyasi şantaj məqsədi ilə sui-istifadə edilir. Azərbaycanda da "I Qarabağ müharibəsində itkin düşmüşlər..” gününün təsis edilməsi məqbul olar”, millət vəkili vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox