• $
  • £

Payız sessiyasında bu qanun layihələri müzakirə olunacaq

Payız sessiyasında bu qanun layihələri müzakirə olunacaq
30.08.2022 18:30
Bu gün, avqustun 30-da Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar. 2022-ci il payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən qanun layihələri sırasında yaz sessiyasının gündəliyinə daxil olan, lakin müzakirə edilməmiş 6 qanun layihəsinin yer alacağı gözlənilir.
 
Bunlar, "Hərbi qulluqçuların statusu haqqında”, "Qiymətləndirmə fəaliyyəti haqqında”, "Reproduktiv sağlamlıq haqqında”, "Ali təhsil haqqında” və "Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələridir.
 
İşlər planına daxil edilmiş "Lombardlar haqqında” qanun layihəsinin isə üçüncü oxunuşda müzakirəsi payız sessiyasına saxlanılıb.
 
Payız sessiyasının qanunvericilik işlər planına "Rəqabət Məcəlləsi”nin  layihəsinin daxil edilməsi gözlənilir. Belə ki, uzun müddətdir hazırlandığı haqqında iddialar ortaya atılan məcəllənin layihəsi artıq hökumətə təqdim edilib.
 
Bundan əlavə, Milli Məclis "Uşaq hüquqları haqqında” yeni qanun layihəsini də müzakirəyə çıxarmağa hazırlaşır. Layihənin artıq hazır olduğu, payız sessiyasında işlər planına daxil ediləcəyi düşünülür.
 
Bir müddət öncə isə parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Sədr Sahibə Qafarova yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu layihənin də payız sessiyasının İşlər planına daxil edilməsi planlaşdırılır.
 
Eyni zamanda qeyd edək ki, payız sessiyasında maliyyə-bank sektorunun tənzimlənməsi sahəsinə aid layihələrin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, ictimai birliklər, vətəndaş cəmiyyəti haqqında yeni qanun layihələrinin hazırlanması və müzakirəsi barədə qərarlar da parlamentin payız sessiyasında reallaşacaq. (modern.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol