Bu gün İlham Əliyev və Paşinyan görüşəcək
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşü olacaq.
www.anews.az
Görüş Avropa İttifaqı Şurasının sədri Charles Michel vasitəçiliyi ilə baş tutacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan artıq ötən gün Brüsselə yola düşüb.
Avqustun 30-u Şarl Mişel hər iki ölkənin lideri ilə telefonla əlaqə saxlayıb və keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə edilib.
Bu, İlham Əliyevin və Nikol Paşinyanın Aİ vasitəçiliyi ilə təşkil olunan sayca 4-cü görüşüdür.
Ermənistan və Azərbaycan liderləri arasında sonuncu görüş üç ay əvvəl, mayın 22-də baş tutub. Brüsseldə, Avropa Şurası prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə Əliyev və Paşinyan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının təşkili barədə razılığa gəliblər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox