“Qazprom” “Şimal axını” ilə tədarükün dayandırıldığını təsdiqləyib

Rusiyanın "Qazprom” enerji şirkəti "Şimal axını” qaz kəməri ilə nəqli dayandırdığını açıqlayıb.
"Şimal axını ilə təchizat tamamilə dayandırılıb və bu gün qaz nasos qurğusunda planlı profilaktik işlərə başlanılıb", - şirkətin Telegram kanalında bildirilir.
Daha əvvəl TASS alman qaz kəmərləri operatorları olan Opal və Nel-in məlumatlarına istinadən xəbər vermişdi ki, Portovaya kompressor stansiyasında qalan yeganə qaz nasos qurğusunun təmirinə başlanılması ilə əlaqədar Rusiyanın "Şimal axını” qaz kəməri ilə qaz nəqli üç gün ərzində dayandırılıb.
www.anews.az

Avqustun 30-da "Qazprom” "Şimal axını 1” boru kəmərinin avqustun 31-i Moskva vaxtı ilə saat 4:00-dan sentyabrın 3-ü Moskva vaxtı ilə saat 04:00-a kimi bağlandığını təsdiqləyib. İstismarda qalan yeganə qaz kompressor qurğusunun nasazlığı ilə əlaqədar profilaktik prosedur həyata keçiriləcək. İşlər başa çatdıqdan sonra kəmərlə vurulan yanacağın həcmi sutkada 33 milyon kubmetr təşkil edəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 