• $
  • £

Türkiyə Yunanıstanın təxribatları barədə NATO-ya məlumat göndərəcək

Türkiyə Yunanıstanın təxribatları barədə NATO-ya məlumat göndərəcək
31.08.2022 13:48
Ankara Egey və Aralıq dənizlərində S-300 hava hücumundan müdafiə sistemlərindən istifadə edən Yunan tərəfinin təxribatları barədə NATO-ya məlumat göndərəcək. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, Yunanıstan hava hücumundan müdafiə sistemləri avqustun 23-də Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarını təqib etmək üçün işə salınıb. Oxşar hadisə xüsusilə Rodos adasının qərbində baş verib.

Türkiyə Müdafiə Nazirliyi Yunanıstanın hərəkətlərinin "müttəfiqlik ruhuna” zidd olduğunu, bununla əlaqədar olaraq təyyarə radarlarından alınan məlumatların NATO nümayəndələrinə ötürüləcəyini vurğulayıb. Hadisələrlə bağlı həm Alyansın katibliyi, həm də hərbi-siyasi bloka daxil olan ölkələr məlumatlandırılacaq.

Bu arada Yunan tərəfinin Türkiyənin həm havada, həm də dəniz məkanında təxribatları səngimir.

İlin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Türkiyə hava sərhədlərini 256 dəfə pozub. Eyni zamanda 158 halda Türkiyə aviasiyasına qarşı təxribat olub.

Eyni zamanda Yunanıstan Sahil Mühafizəsinin gəmiləri Türkiyənin su sərhədlərinin sərhədlərini 33 dəfə pozub.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol