Dünyada koronavirusla bağlı son STATİSTİKA
Dünyada 607 316 416 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə xarici KİV-də məlumat yayılıb.
www.anews.az
Virusdan 6 492 279 xəstə ölüb, 583 326 524 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ 96 149 016, Hindistan 44 429 258 , Fransa 34 509 961 , Braziliya 34 414 011və Almaniyada 32 095 854 nəfərdir.
Azərbaycanla sərhəddə Rusiyada 19 482 648, Türkiyədə 16 671 848, İranda 7 527 499, Gürcüstanda 1 735 682, Ermənistanda isə 434 398 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 812 816 nəfərin 9 805-i ölüb, 799 479 xəstə müalicə olunaraq sağalıb.
ABŞ-ın KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən məşhur Cons Hopkins Universitetinin koronavirusun ən çox yayıldığı, təhlükəli ölkələrin siyahısında Azərbaycan 99-cu yerdə qərarlaşıb. Siyahıda Rusiya təhlükəli ölkə baxımından 25-ci, Gürcüstan 64-cü yerdə yer alıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər