Moldovanın oktyabrın 1-dən əvvəl Qazprom-a olan borcunu yoxlamağa vaxtı olmayacaq
Moldova hökumətinin 2022-ci il oktyabrın 1-nə kimi "Moldovaqaz” qazpaylayıcı şirkətinin "Qazprom”a olan borcunun auditini başa çatdırmağa vaxtı olmayacaq. Bu barədə respublikanın baş nazirinin müavini Andrey Spinu öz Telegram kanalında yazıb.
"Qazprom” sentyabr üçün tələb olunan qaz həcmlərini təsdiqləyib və auditin müddətini oktyabrın 1-dək uzadıb. Bununla əlaqədar olaraq, mən auditin oktyabrın əvvəlinə qədər tamamlana bilməyəcəyini söylədim və bir daha qeyd etdim ki, bu müddətin 31 mart 2023-cü ilə qədər uzadılması zərurətlidir”, - Spinu "Qazprom”un rəhbəri Aleksey Miller ilə telefon danışığından sonra bildirib.
Avqustun 30-da "Moldovaqaz” avqustun birinci yarısında verilən təbii qazın tam ödənişini "Qazprom”a köçürüb. Ödəniş 16,74 milyon dollar təşkil edib ki, bu da cari ayda istehlak üçün avans ödənişinin yarısıdır.
Moldovanın Fövqəladə Hallar Komissiyası (FHK) əvvəllər yerli "Energocom” şirkətinə Rusiya monopolistinə olan avans borcunu ödəmək üçün Moldovaqazdan 10 milyon kubmetr təbii qaz almağa icazə verib. Eyni zamanda, Moldova baş nazirinin müavini Andrey Spinu qeyd edib ki, yanacağın Rumıniyada saxlanması nəzərdə tutulub. Birinci tranş üzrə qazın qiyməti min kubmetr üçün 1458,92 dollar, ikinci tranş üzrə isə 1881 dollar təşkil edəcək.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər