“Mir” ödəniş sistemi tezliklə İranda işləyəcək
Rusiyanın "Mir” ödəniş sistemi tezliklə İranın "Şetab” sistemi ilə inteqrasiya olunacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı mərkəzi banklar səviyyəsində substantiv danışıqlar aparılır.
"İyul ayında bizi bu nəticəyə aparacaq bir növ yol xəritəsi üzərində razılaşdıq. Əminəm ki, bu, kifayət qədər tez baş verəcək”, - Lavrov bildirib.
Bir gün əvvəl İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri bildirib ki, yaxın günlərdə Rusiyanın "Mir” ödəniş sistemi ölkədə qoşula bilər.
www.anews.az

İndi Rusiyanın Mir kartları on xarici ölkədə qəbul edilir: Türkiyə, Qırğızıstan, Özbəkistan, Ermənistan, Vyetnam, Belarusiya, Qazaxıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziya.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər