• $
  • £

Ukraynalı qaçqınların 91%-i vətənlərinə qayıtmağı düşünür - SORĞU

Ukraynalı qaçqınların 91%-i vətənlərinə qayıtmağı düşünür - SORĞU
31.08.2022 20:22
Ukraynalı qaçqınların hamısı gec-tez evlərinə qayıtmaq niyyətində olduqlarını bəyan ediblər. Bu barədə Razumkov Mərkəzinin keçirdiyi sorğunun nəticələri məlumat verib.

Qaçqınların 93%-i əsasən şəhərlərdə yaşayan qadınlardır. Respondentlərin 74%-i uşaqları ilə xaricdədir.

Qaçqınların əksəriyyəti (45%) müharibə başlayandan sonra Ukraynanın mərkəzi rayonlarını tərk edib. Onlar əsasən Kiyev (23%) və Kiyev vilayətinin (9%) sakinləridir. Daha 31%-i şərq rayonlarından, 16%-i cənub rayonlarından, 8%-i isə qərb rayonlarından gedib.

Gedənlərin əksəriyyəti müvəqqəti yaşadıqları ölkənin dilini bilmədiklərini və ya minimum səviyyədə bildiklərini bildirdilər.

Respondentlərin 36%-i regionlarının təhlükəsiz olduğuna əmin olduqda, 35%-i müharibə başa çatdıqdan dərhal sonra, 13%-i müharibə bitdikdən bir il və ya bir neçə il sonra (ümumilikdə, 48%) geri qayıtmağı planlaşdırdıqlarını bildirib. 

Eyni zamanda geri qayıtmağı planlaşdıranların 88%-i müharibədən əvvəl yaşadıqları ərazidə yaşamağa davam etmək niyyətindədir.

Respondentlərin 82%-i qəbul edən ölkədə müvəqqəti mühafizə statusu aldığını cavablandırıb.

Maliyyə gəlirlərinə gəlincə, respondentlərin 28%-i müxtəlif mənbələrdən maliyyə yardımı hesabına dolandığını, 19%-i yığım hesabına, 12%-i ev sahibi ölkədə daimi iş tapdığını, digər 12%-i isə müvəqqəti iş və ya yarımştat iş tapdığını bildirib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol