• $
  • £

Çin Quançjou şəhərinin bəzi ərazilərində COVID-19 məhdudiyyətləri tətbiq edib

Çin Quançjou şəhərinin bəzi ərazilərində COVID-19 məhdudiyyətləri tətbiq edib
01.09.2022 13:39
Çin Quançjou şəhərinin bəzi ərazilərində COVID-19 məhdudiyyətləri tətbiq edərək, yerli infeksiyalarla mübarizədə Şenjenə qoşulub.  Bu barədə xarici KİV-də məlumat yayılıb.
 
Bu, Çinin cənubundakı iqtisadiyyatı ən dinamik olan iki şəhərində ticarət və gündəlik həyatındakı qeyri-müəyyənliyi dərinləşdirib.

Çin bu həftə bir neçə ən böyük şəhərində on milyonlarla insanın fəaliyyətinə təsir edən COVID-19 məhdudiyyətlərini gücləndirib. Bu ayın əvvəlində bəzi kiçik şəhərlərdə məhdudiyyətlər uzadılsa da, hər bir epidemiyanın qarşısını almaq səyləri ilə iqtisadi ehtiyacları balanslaşdırmağı nəzərə alan rəsmilər məhdudiyyətlərin cəmi bir neçə gün davam edəcəyini bildirib.

Honq Konq yaxınlığındakı təxminən 19 milyon sakini olan Quançjou çərşənbə axşamı beş infeksiyanın qeydə alındığını bildirsə də, rəsmilər şəhərin bəzi ərazilərindəki qapalı əyləncə mərkəzlərinin və restoranların şənbə gününə qədər bağlanmasına göstəriş verib.

Dövlət mediasının çərşənbə günü verdiyi məlumata görə, həmçinin şəhərdəki bütün uşaq bağçalarına, ibtidai, orta və yuxarı siniflərin payız semestrlərinin bərpasını təxirə salınması və artıq başlamış əyani dərslərin dayandırılması əmri verilib.

Şəhərdə avtobus və metro xidmətləri də məhdudlaşdırılıb.

Ümumilikdə 9 milyona yaxın sakini olan Şenjenin azı dörd rayonunda artıq bir neçə gün ərzində əyləncə və mədəniyyət müəssisələrinin bağlanıb, restoranların fəaliyyəti dayandırılıb və ya məhdudlaşdırılıb.
 
COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol