Argentinanın vitse-prezidentinə sui-qəsd cəhdi - VİDEO
Bu gün (1 sentyabr) saat 21:00 (Bakı vaxtı ilə 04:00) radələrində bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsd etməyə cəhd edib. Bu, demokratiyanın bərpasından bəri ən ciddi hadisədir.
Bunu Argentinanın Prezidenti Alberto Fernandez deyib.
Prezidentin sözlərinə görə, Kirşnerə hücum edən şəxs tətiyi çəkə bilib.
"Kristina sağdır, çünki hələ texniki cəhətdən müəyyən edilməmiş səbəbdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah açılmayıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox