• $
  • £

Paşinyan Qarabağın müstəqilliyi ideyasından əl çəkmədiyini bildirib

Paşinyan  Qarabağın müstəqilliyi ideyasından əl çəkmədiyini bildirib
02.09.2022 12:36
Ermənistan baş naziri Nikol Paşinyan erməni separatçılarının Dağlıq Qarabağın müstəqilliyinin və Azərbaycanın Şaumyan rayonunun ona "birləşdiril"məsinin 31-ci ildönümü ilə ilə bağlı geniş bəyanat yayaraq, bu hərəkətlərə bəraət qazandırıb. O, bu qərarı "Artsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti" adlandırıb. Bu barədə Turan İnformasiya agentliyi Ermənistan KİV-ə istinadən məlumat yayıb. 
 
1991-ci il sentyabrın 2-də erməni separatçılar Dağlıq Qarabağın müstəqilliyini elan ediblər və Azərbaycanın Şaumyan rayonunu da ona "birləşdiriblər".

"Artsax ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq Dağlıq Qarabağın statusu məsələsi həll olunmadan Dağlıq Qarabağın ərazi vahidi olaraq mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir. Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir",  Paşinyan bildirib. 

O, beynəlxalq ictimaiyyəti "Dağlıq Qarabağda etnik təmizləmələrə" imkan verməməyə çağırıb və "dinc, sivil yollarla" Qarabağ əhalisinin təhlükəsizliyini təmin edəcəyinə söz verib. 

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan öz bəyanatında 2 sentyabr 1991-ci ili "tarixi gün" adlandırıb.

"31 il sonra Artsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir", o bildirib.

Bu bəyanatlar mahiyyətcə bir gün əvvəl Brüsseldə aparılan Əliyev-Paşinyan danışıqlarının məznununa ziddir. Bu görüşün əsas nəticəsi Ermənistan tərəfə Qarabağın müstəqilliyi ideyasından əl çəkmək və İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmək çağırışı olub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol